İspaniya La Liqasında “Malaqa” – “Barselona” matçında (0:0) qalmaqal yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, matçın 81-ci dəqiqəsində Lionel Messi ilə rəqib komandanın kapitanı Veliqton arasında mübahisə düşüb. Veliqton Messinin sifətindən tutaraq onu itələyib. Futbolçu bu hərəkətini belə şərh edib:
“O, mənə fahişənin oğlu dedi. Buna görə də Messiyə qarşı həmin hərəkəti etdim. Ümumiyyətlə, belə şeylər meydanda qalsa yaxşıdı“.