21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti başa çatıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Qurum serbiyalı mütəxəssislə yollarını ayırıb.
AFFA Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
44 yaşlı mütəxəssis 2019-cu ildən millidədir. U-21 onun rəhbərliyi ilə 24 matçda 5 qələbə qazanıb, 17 dəfə məğlub olub.