22 Oktyabr 2024
Kateqoriyasız

“Ofsayd qeydə alınıbsa, xətt çəkilməli idi” – Qurban Qurbanov

“Qalib gəlmək istəyirdik. Bacara bilərdik, az qalmışdı. Təəssuf ki, alınmadı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”la heç-heçə etdikləri oyunu şərh edərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Futbolçularım çox yolrulub. 2-3 gündən bir oyun oynayırıq. Futbolçularıma göstərdiyi əzmkarlığa görə təşəkkür edirəm”.

Qurbanov hakimliklə bağlı bunları deyib:

“Ofsayd verilən epizodu bizə qaranlıq qaldı. Penalti epizoduna da baxılmadı. Ofsayd epizodunda xətt çəkilmədi, penalti epizidunun təkararına baxılmadı. Əgər bütün oyunlarda VAR ofsaydı qeydə alıbsa, xətt çəkilməlidi. Komandalar, oyunlar arasında fərq qoyulmamalıdı. Fakt bu epizodlar nəticəyə təsir etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43