Kateqoriyasız

Prezidentin köməkçisi “Qarabağ”ın oyunundan yazdı – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Qarabağ” futbol komandasının oyununu alqışlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Şahmar Mövsümov bu barədə rəsmi tviter səhifəsində yazıb.

“Halal olsun “Qarabağ” Futbol Klubu!!! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!”, – Ş.Mövsümov sosial şəbəkə hesabında yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43