Kateqoriyasız

“Bizim bəxtimiz gətirdi” – “Frayburq”un baş məşqçisi

“Biz bu güclü rəqibə qarşı oynadıq. Bizim bəxtimiz gətirdi. Onlar bizdən daha yaxşı futbol oynadı. Qurban Qurbanov möhtəşəm komanda yığıb. Mənim komandamın bəxti gətirdi və biz evə 1 xalla qayıdırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Frayburq”un baş məşqçisi Kristian Ştrayx “Qarabağ”a qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun oyunundan (1:1) sonra deyib.

Heç-heçəni şərh edən mütəxəssis daha sonra bunları deyib:

“Mən Avroliqada “Qarabağ”ın oyunlarını izləmişəm. Onların bəxti gətirmədi. Bu komanda bu oyunla irəli gedə bilər”.

Çalışdırıcı “Qarabağ”a simpatiya bəslədiyini bildirib:

“Qarabağ”a, oynadığı oyuna simpatiyam var. Onlar da bizim kimi eyni sistemdə oynayırlar. Qurban Qurbanovun oyun stilinə heyranam. Vaxtım olduqca “Qarabağ”ın Konfrans Liqasındakı oyunlarını izləyəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43