Kateqoriyasız

“Həmin an penalti təyin olunmalı idi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya “Frayburq”u ilə 1:1 hesablı heç-heçə etdikləri oyunun ardından açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “CBC Sport”a danışan təcrübəli mütəxəssis bunları deyib: “Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik”.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: “Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi”.

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43