Topaz Premyer Liqasının VI turunda “Xəzər Lənkəran” doğma meydanında “Araz Naxçıvan”ı 2-0 hesabı ilə məğlub etdi.
İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin qələbə qazandığları oyunu belə şərh edib:
“Sözü çox uzatmaq niyyətim yoxdur. Mənim oyunçularım qol zamanı stressdə olurdular. Bu gün isə hər şeydən razı qaldım. Biz qol vurmaq problemini tamamilə həll etdikdən sonra istənilən rəqibi məğlub edə bilərik. Bu gün rəqibə heç bir şans vermədik. Qol bir az gec vurulsa da, əsas qələbədir. Əgər qolu erkən vursaydıq, hesab daha fərqli olardı. Biz ardıcıl olaraq, qələbələr qazanmalıyıq”.