İdman

Ölkəmiz “Çelsi” üçün tarixə düşdü

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin Bakı səfəri klubun tarixinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, bu, London təmsilçisinin avrokuboklardakı ən uzun səfəri olub. Komanda Londondan Bakıya 3 min 975 km məsafəni 6 saata qət edib. Bununla da Bakı klubun avrokuboklardakı ən uzun səfəri olub.

Qeyd edək ki, bundan əvvəlki rekord Təl-Əviv səfərinə məxsus idi. 2001-ci ildə “Çelsi” UEFA Kubokunda “Hapoel”lə oyun üçün 3 min 560 km məsafə qət etmişdi.

Əlavə edək ki, “Qarabağ” – “Çelsi” görüşü sabah saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43