Kateqoriyasız

Öncə “Neftçi”, sonra “Rapid”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf və futbolçu Azər Salahlının iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

İdmanxeber.az xəbər verir ki, tədbir avqustun 3-ü saat 17:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 18:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:15-də “Rapid”in mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43