29 Dekabr 2024
Kateqoriyasız

“Ondan tam razı qala bilmərəm” – Qurban Qurbanov

Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Aşdod” (0:0) matçından sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Çox istərdik ki, sizə qələbə hədiyyə edək. Alınmadı. Futbolçular çox əziyyət çəkdi. Yaxşı müdafiə olunan komandaya qarşı çıxış etdik. Son 10-15 dəqiqəni nəzərə almasaq, yaxşı oynadıq, oyun intizamını qoruduq. Əks-hücumda yaxalandıq və azlıqda qaldıq. Bu, son deyil. Problemlərimiz var, amma cavab oyununda ən yaxşısını etməyə çalışacağıq.

– Bədavi, Rahil zədəlidi, Maksim də qırmızı aldı…
– Hələ vaxtımız var. Bəzi oyunlarda Qara Qarayevi həmin mövqedə oynatmışıq. Yenə düşünəcəyik. Çalışacağıq ki, n düzgününü edək. Futbolçularımız bir-bir sıradan çıxırlar. Sonuncu dəfə komandada belə vəziyyətin nə vaxt olduğu yadıma gəlmir. Bəlkə, pandemiya dövründə olmuşdu. Bu dəqiqə Qaranın orda oynaması daha real görünür.

– Adətən rəqib baş məşqçilər “Qarabağ”ı daha güclü tərəf görür. Bu heç-heçənin “Aşdod”a inam verdiyini düşünmürsüz?
– Dünyada futbol bərabərləşməyə başlayır. Həmk milli, həm klub səviyyəsində belədi. Bəzən düşündüklərimiz arxa plana keçir. Neçə illərdi komanda qurulub, heyəti, oyun üslubu var. Ancaq hansısa zaanda dəyişikliklər lazım olur. Yeni simalar olmalıdı ki, nəticə verilsin. Dəyişikliklər olmalıdı. Bütün mövqelər üzrə bunu etməyə çalışırıq. Bəli, rəqib bərabərliklə qayıtdı, ancaq düşnürəm ki, oyunumuzu daha yaxşılaşdıra bilərik. Rəqibə nadir şanslar verdik. Ancaq səfərdə “Qarabağ”a qarşı bərabərlik rəqibə inam verəcək. Səfərdə bunu onların əlindən almağa çalışacağıq.

– “Neftçi”də də, sizdə də heyətlə bağlı oxşar vəziyyətdi. Ehtimal var ki, əcnəbi futbolçular Azərbaycana gəlmək istəmir. Ancaq əvvəllər fərqli olardı. Bu gün səbəb maliyyədi?
– Azərbaycan reallığında olmayan təkliflər etmişik. Böyük klubların ayrıca transfer büdcəsi olur. Nə vaxtsa bizim klublar da o səviyyəyə gəlib çıxmalıdı. 80-90 faiz istədiyimiz futbolçular Azərbaycana gəlmək istəmir. Bilmirəm, bu, pandemiyaya görədi, çempionatın səviyyəsinə görədi, ya özlərini daha yaxşı yerdə görmək istəyirlər və ya başqa səbəbdəndi. Yəqin digər klublarda da belə hallar olur. Əvvəllər isə transferlər çox rahat idi. Bütün klublarımıza güclü çempionatlardan daha az məbləğə yaxşı futbolçular gəlirdi. Bəzi ölkələrdə limit aradan qaldırılıb. Bu da səbəblərdən biri ola bilər. Azərbaycana gəlmirlər, digər ölkələrə gedirlər. Problemlərimiz var. Əlimizdə olan futbolçuları qoruyub saxlamaq və oyunumuzu qoruyub saxlamaq çox vacibdi. Bu gün əvəzetmədən meydana buraxacaq futbolçumuz az idi. Üstəlik tam formada deyildilər. Zubir son 4-5 gündə komanda ilə məşq edib. Sanki hər şey üzərimizə gəldi. Ancaq inamımızı itirmirik, oyun fəlsəfəmizi futbolçulara aşılamağa çalışırıq. Mən burda oldum, olmadım, sistem qalmalıdı. “Barselona” da bu gün Puyol, Xavi, İnyestanı tapa bilmir. Bizim də belə dönəmimiz var idi ki, düşündüyümüzdən də yaxşı alınırdı. Bu gün çatışmazlıqlarımlz var. İndi daha çox çalışmağımız tələb olunur.

– Rəqib komandanın baş məşqçisi meydançanın durumundan narazılıq etdi…
– Təəssüf ki, meydançada problem var idi. Baxmayaraq ki, yaşıl görünürdü, ancaq bəzən futbolçular topu istədikləri kimi ram edə bilmirdilər. Təki orda meydança daha yaxşı olsun. Düşünürəm ki, İsraildə daha yaxşı oynaya bilərik.

– Çempionlar Liqasında 7 il oynadıqdan sonra Konfrans Liqasında çıxış etməyin psixoloji təsirləri varmı?
– Mütləq təsiri var. Ancaq biz Çempionlar Liqasına kimi otrda mübarizə aparmaq üçün uzun illər mübarizə apardıq. İdmanın nə olduğunu düzgün başa düşürük. İstədiyin nəticə həmişə olmur. Məsuliyyətdən qaçmırıq. Bu turnirdə daha yaxşı nəticə əldə etməyi çox istəyirik. Psixoloji təsir dümək olar ki, keçib. Çempionatın birməsindən 2 ay keçib. Azarkeşlər, avrokubok üçün darıxmışdılar. Hamımızdan böyük məsuliyyəttələb olunur. Daha çox çalışmalıyıq.

– Hətta “Barselona”nın belə sabiq futbolçulara əvəzləyici tapmaqda çətinlik çəkdiyini söylədiz. Sizə hansı keçmiş oyunçularınızın boşluğunu hiss edirsiz?
– Bir-birini tamamlayan futbolçularımız var idi. Bəzən bütün oyunçular məşqçinin fikirlərini tam icra edə bilmir. Bir-birini tamamlayan futbolçuların olmasını nəzərdə tuturam. Ümid edirəm, yaxın zamanda yenidən belə kollektiv formalaşdıra bilərik. Futbolda, həyatda belə şeylər olur. İnsan ilboyu sağlam ola bilər. Bəzən xəstələnirsən, işə çıxa bilmirsən. Futbolda da bəzən zədə epidemiyası problemlər yaradır.

– Cavab oyununda qələbə üçün oynamalısız. Bunun üçün riskə gedəcəsizmi?
– Belə getsə, iki müdafiəçi oynayacağıq (gülür). Belə matçlarda həmişə ehtiyatlı olmalıyıq. Bütün komandalar rəqibi yaxşı analiz edə, müdafiə oluna, əks-hücum edə bilir. Heç vaxt futbolçularda müdafiədə oynamaq düşüncəsi yaratmamışam. Öz oyun üslubumuzu qorumağa çalışırıq. Ola bilər ki, müdafiə oyunçularımız hücumda aktiv olsun. Məsələn, bu gün Abbas rəqib qapıçı ilə üz-üzə idi, Toral qapı dirəyinin yanında dayanmışdı. Bütün futbolçular bir tərəfdən hücumu gücləndirməyə çalışmalıdı. Ancaq ehtiyatı da əldən vermək olmaz. Rəqibə qalib gəlmək üçün əvvəlcə onun oyununun qarşısını almalıyıq. Bu gün “Aşdod”u canlı gördük. Çox istəkli komandadı. Qarşıda 5-6 günümüz var. Ramil, Filip, Zubir daha yaxşı formada olacaq. Buna görə ümidliyəm. Ancaq arxa xətdə oyunu da unutmamalıyıq.

– Ramilin oyunu sizi qane etdi?
– Bu gün ondan tam razı qala bilmərəm. Yüz faiz hazır olmayan Ramili meydana buraxmışdım. İndi istəsə də, tam potensialını ortaya qoya bilməz. Biz çempionatı düşünməli, limiti nəzərə almalıyıq, heyət geniş olmalıdı. Ramil hansısa cəhətdən zəif ola bilər, amam işgüzarlığı ilə bunları aradan qaldırır. Hər şey edəcəm ki, Ramil daha yaxşı olsun. Bacarığı, istəyi var. Hazırlıq səviyyəsinə görə bu gün ondan razı qaldım.

– Musa əl-Tamari “Qarabağ”a gəlirmi?
– Xeyr.

– Ötən mövsüm “Mölde”yə penaltilər seriyasında uduzmuşduz. Bu nəticədən sonra komandanı penaltilərə hazırlayacaqsız?
– Oyuna yaxn futbolçuları psixoloji daha yaxşı hazırlamaq üçün belə düşüncələrinin olmasını istəmirəm. Ancaq həftə ərzində 1-2 dəfə bu məqama diqqət edirik. Bəzən özləri də belmədən penaltilər üzərində işləyirik. Ona görə bilirəm, kim necə yerinə yetirməyi bacarır. Ancaq oyuna 3 gün qalmış belə edə bilmərik. Onları bu psixologiyaya salmaq istəmirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43