“Maraqlı oyun alındı. Komandaların ifasında yardıcı futbolun şahidi olduq. Hər iki tərəf topa nəzarət etmək istəyirdi. Nəticə yaxşıdır. Heyətimizdə çoxlu gənc futbolçular var. Qazaxıstanla bizim hədəflərimiz fərqlidir. Onlar qrupda 2-ci yer uğrunda mübarizə aparırlar. Biz isə komandanı yeniləmək istəyirik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Qazaxıstanın 21 yaşadək futbolçularından ibarət yığması ilə yoldaşlıq oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc çalışdırıcı “Sizcə, hakimin penalti qərarı nə dərəcədə doğru idi?” sualına belə cavab verib:
“Nəyisə detalları ilə şərh edə bilmərəm. Görmək istədiyimizi meydanda tətbiq edə bildik. Oyundan razıyam. Mənim üçün nəticə ikinci planda idi”.
Qeyd edək ki, 21 yaşlılardan ibarət millimiz qazaxıstanlı həmyaşıdları ilə heç=heçə edib – 1:1.