Türkiyə Futbol Federasiyası “Adana Dəmirspor” klubunu çempionatın 23-cü turunda “Qalatasaray”a qarşı keçirilən oyunda meydanı tərk etdiyinə görə cəzalandırıb.
İdmanxeber.az-ın məlumatına görə, Adana təmsilçisində texniki məğlubiyyət verilib. Klubun həmçinin 3 xalı silinib.
Xatırladaq ki, “Adana Dəmirspor”un futbolçuları matçın 13-cü dəqiqəsində onların əleyhinə verilən penaltidən sonra meydanı tərk ediblər. Ertəsi gün klubun prezidenti Bedirhan Durak istefa verib.
“Adana Dəmirspor” çempionat cədvəlində sonuncu – 19-cu yerdədir. İndi komandanın 2 xalı var.