“Milan” yarımmüdafiəçisi Ticani Reynderslə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu tezliklə klubu ilə yeni müqavilə bağlayacaq. Onunla yeni sözləşmə 2030-cu ilin iyununa kimi nəzərdə tutulub.
Reynders 2023-cü ildə “Milan”a keçib və klubla 2027/28 mövsümünün sonuna qədər olan müqavilə imzalamışdı.
26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

