22 Dekabr 2024
Dünya futbolu

“Panenka penaltisi” vurmaq istədi, komandadan qovuldu

“Copa Sudamerikana” turnirində qarşı-qarşıya gələn “Kampo Qrande” – “Le Quidad” matçında maraqlı hadisə baş verib.

Buna səbəb isə Praqvay klubunun matçda penalti qazanması olub. Belə ki, “Kampo Qrande”nin venesuelalı oyunçusu Brendiks Parra penaltini “Panenka penaltisi” kimi yerinə yetirmək istəsə də, qapıçı yerində dayanaraq topu tutub. Və nəticədə komanda növbəti mərhələyə yükləsə bilməyib. Oyunun ardından Paraqvay təmsilçisinin klub rəhbərliyi növbədənkənar iclas keçirərək B.Parranı komandadan qovub. Klub rəhbəri buna səbəb oyunçunun “Panenka penlatisi” yerinə yetirmə istəməsi olduğunu vurğulayıb. O, “əgər növbəti mərhələyə yüsləsələndə oyunçulara daha çox pul veririksə, əksi baş verdiyində bu addımı atmalıyıq” deyə bildirib.

Komandadan qovulan venesuelalı futbolçu Brendiks Parra isə məsələ ilə bağlı qısa açıqlama verərək “Bəli, bu səbəbdən qovuldum. Ancaq neyləmək olar, həyat davam edir” deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43