“Digər çempionat matçları kimi “Simurq”la görüş də çox vacibdi. Belə durumda bizə 3 xalı qazanmaq çox zəruridi”.
Bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis Zaqatala təmsilçisi ilə görüşdə yalnız qələbəyə oynayacaqlarını deyib: “Son oyunu yaxşı keçirmişik, amma qol vura bilmədik. Bu futboldu, bəzən belə də olur. Sabahkı qarşılaşmada praktiki və çox güclü effekti olan futbol nümayiş etdirməyə çalışacağıq. Premyer-liqada hər bir görüş mürəkkəb xarakter alıb. Ev matçına çıxırıqsa, futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidi”.