“Bakı”nın baş məşqçisi Miliko Pantiç “Xəzər Lənkəran”la qarşılaşacaqları 22-ci tur matçı haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, Pantiç “Xəzər Lənkəran”dan çəkindiyini etiraf edib:
“Son vaxtlar “Xəzər Lənkəran” çox yaxşı oynayır və bu məni narahat edir. Səfərdə “Qarabağ”, “Qəbələ” kimi komandaları məğlub etdilər. Mənim üçün Premyer Liqada hal-hazırda ən yaxşı formada olan komanda “Xəzər Lənkəran”dı. Düzdü hələ komanda yeni baş məşqçinin rəhbərliyi altında formalaşır, ancaq çox təhlükəli komandadır”.