“Komandamın göstərdiyi oyundan razı qaldım. Biz bu matça heç-heçəyə yox, qələbə qazanmağa çıxmışdıq. Ancaq sonda bərabərlik oldu. Bizim futbolçular vaxt aparmırdı. Geridə qalan oyunlarımıza da baxsaz görərsiniz ki, mənim futbolçularım heç vaxt oyunu uzatmayıblar. Nə qədər ki, mən burdayam belə bir şey ola bilməz”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Paytaxt klubunun serbiyalı çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:
“Biz yenə bir qol vurduq. Ola bilsin oyundan kənar vəziyyət var idi. Bunu təkrar baxdıqdan sonra nəsə demək olar. “Qarabağ”ın oyununa gəlincə isə, onlar bizim qapımıa bir zərbə endirə bilmədilər. Lakin biz çempiona qarşı oynadıq. Düşünürəm ki, maraqlı oyun alındı”.