21 Dekabr 2024
Kateqoriyasız

“PAOK və “Qəbələ”yə nisbətən “Krasnodar” daha şanslıdır”

Auqsburq” klubunun icraçı direktoru  Stefan Reuter Avropa Liqasının C qrupundakı komandalarının şanslarını dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, 1990-ci ildə Almaniya millisi ilə Dünya çempionu olmuş təcrübəli mütəxəsis “Borussiya Dordmund”un qrupun favoriti olduğunu bildirib:

“Dordmund” çox güclüdür, amma “Krasnodar” doğma meydanda yaxşı təsir bağışlayır. Rəqiblər üçün izdihamlı “Vestfallenshtadione” stadionunda oynamaq çox çətin olacaq. Mən bilirəm nə danışıram, çünki 12 ilimi orada keçirdim. “Borussiya” səfərində istəlinən komanda üçün ağır olsa da, bir o qədər də həzz vericidir. İkinci yer üçün mübarizədə isə “PAOK” və “Qəbələ”yə nisbətən “Krasnodar”ın şanslarını yüksək hesab edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43