Ölkə futbolu

Paytaxt klubu ilə oyun öncəsi “Qəbələ”də ciddi itkilər

Premyer Liqanın 9-cu turu çərçivəsində öz meydanında “Sabah”la qarşılaşacaq “Qəbələ” bu matça ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, Stefan Vukcevic, Məqsəd İsayev, və Ehtiram Şahverdiyev cəzalı durumda olduğu üçün paytaxt təmsilçisi ilə oyunda meydana çıxa bilməyəcək.

Bundan başqa, zədəli futbolçular – Yaovi Akakpo və Rüfət Əhmədov da sözügedən görüşü kənardan izləyəcək.

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43