Ölkə futbolu

Paytaxt klubunda ciddi itkilər

“Səbail” Misli Premyer Liqasının XXV turu çərçivəsində keçiriləcək “Sumqayıt” görüşünə itkilərlə çıxa bilər.

İdmanxeber.az-a verilən məlumata görə, “dənizçilər”in iki futbolçusu zədəlidir. Bunlar Rahid Əmirquliyevlə Mazurek Frankodur.

Son sıralardan qurtulmaq istəyən iki komanda arasındakı vacib oyun öncəsi “Səbail” futbolçularından gələcək xoş xəbəri gözləyir. Hazırda Rahidin və Mazurekin müalicəsinin davam etdiyi bildirilir.

Onların qarşıdakı oyunda meydanda olub-olmamaları bəlli deyil.

“Səbail” – “Sumqayıt” matçı martın 4-də saat 16:00-da başlayacaq.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43