Dünya futbolu

“Ronaldo məni təbrik etdi” – Sadio Mane

“Bavariya”nın hücumçusu Sadio Mane Almaniya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı futbolçu Münhen təmsilçisinə keçməyini şərh edib. O, bunun düzgün qərar olduğunu bildirib:

“Bundesliqanı düzgün qiymətləndirmək lazımdır. Çempionlar Liqasındakı son uğurlar bunu sübut edir. Kristiano Ronaldo ilə mövsüm öncəsi İspaniyada bir araya gəldim. O, “Bavariya”ya keçdiyim üçün məni təbrik etdi. Ronaldo “Bavariya” üçün “möhtəşəm klubdur, sənin üçün də əla addımdır” dedi.

Mane “Liverpul”dan Münhen klubuna transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43