Ölkə futbolu

Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək

Azərbaycan Kubokunun 2022/2023 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq.

Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyun ayının 3-də keçiriləcək. Matçın vaxtı və digər detallarla bağlı əlavə məlumatın veriləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43