Ölkə futbolu

Şahin Diniyev: “Məni heç vaxt istefaya göndərməyiblər”

“Gərgin oyun oldu. Komandam məğlub olmaq istəmirdi. Pedro Nunonun olmaması bizə hücumda problem yaratdı. 10 nəfərlə xarakter göstərdik. Bərabərlik qolunu vurmaq alınmadı. “Zirə”ni təbrik edirəm. Hər şeyi məndən öyrənin, “sarı mətbuat”dan yox. İllərdir futbolun içindəyəm, hamını tanıyıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Zirə” məğlubiyyəti sonrası deyibş o, daha sonra belə davam edib:

“9-cu dəqiqədə 2 sarı vərəqə aldıq, hər şey aydındır. Həkimlərə təşəkkür edirəm. Deməzdim ki, komandamda intizamsızlıq var. Avropada ilk epizodda heç vaxt sarı vərəqə vermirlər. Belə olanda futbolçu mübarizədən çəkinir.

Bu komanda ötən mövsüm 9-cu yeri tutmuşdu. Əgər bu il 10-cu olsaydıq, mən uğursuz idim. Belə olsaydı, özüm qalmazdım. Hardan getmişəmsə, özüm getmişəm. Məni heç vaxt istefaya göndərməyiblər. Futbolda üç il vaxt lazımdır. Qərar rəhbərliyindir. İşimi vicdanla görmüşəm. Həftənin ikinci günü klubun İdarə Heyətinin iclası olacaq. Nə qərar versələr, hörmətlə yanaşacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43