Dünyadan

Avropa Liqası: “Zirə”nin bütün potensial rəqibləri bilindi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə”nin potensial rəqibləri bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv turnirə I təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələdə 12 komanda mübarizəyə başlayacaq. Qəsəbə təmsilçisi səpələnməmişlər sırasında yer alacaq.

Püşk “Zirə”yə səpələnmişlər səbətindən “Şerif” (Moldova), “Visla” (Polşa), “Maribor” (Sloveniya), “Pakş” (Macarıstan), “Pafos” (Kipr) və “Tobol” (Qazaxıstan) klublarından birini rəqib edəcək.

Bu mərhələnin püşkü iyunun iyunun 18-19-da atılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43