Ölkə futbolu

“Kəpəz” qərb derbisinə ciddi itkilərlə çıxacaq

“Kəpəz” Misli Premyer Liqasnının 36-cı turu çərçivəsində “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Şakir Seyidov, Junior Martins, Vüsal Məsimov və Elmir Tağıyev cəzalıdır. Georgi Papunaşvilinin müalicəsi davam edir. Olavale Onanuqa isə xəstə olduğundan matçı buraxacaq.

Qeyd edək ki, sözügedən oyun bu gün keçiriləcək və saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43