Milli komanda

Azərbaycan millisinin yoldaşlıq turniri üçün heyəti açıqlanıb

İyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seleksiya xarakterli oyunlardan sonra U-19-a cəlb olunan futbolçular mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcəklər.

Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

S AD/SOYAD KLUB
1 Sadiq Məmmədzadə Səbail
2 Nicat Qaragözlü Neftçi
3 Murad Ağamalıyev Sumqayıt
4 Hüseyn Hüseynov Turan Tovuz
5 Nihad Əliyev Qarabağ
6 Kənan Feyziyev Sumqayıt
7 Rəvan Qaraəhmədov Zirə
8 Nadir Orucov Sumqayıt
9 Vüsal Paşayev Sumqayıt
10 Surxay Nəbiyev Neftçi
11 Emil Bünyadzadə Qarabağ
12 Elgün Dünyamalıyev Sabah
13 İlkin Cəfərli Sabah
14 İlkin Budaqov Qəbələ
15 Qədir Ramazanov Qəbələ
16 Şahin İbrahimov Sabah
17 Sənan Muradlı Sumqayıt
18 Əşrəf Ələkbərli Qarabağ
19 Murad Məmmədov Neftçi
20 Elton Mikayılov Qarabağ
21 Raul Zeynallı Səbail
22 Nihad Əhmədzadə Sumqayıt
23 Niyazi Osmanov Sabah
24 Toğrul Tapdıqlı Sumqayıt

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43