Ölkə futbolu

Ayxan Abbasov: “Gələn il avrokuboklar üçün mübarizə aparacağıq”

“Çempionat bitdi, darıxacağıq. Gərgin mövsüm keçdi. Son oyunu qələbə ilə başa vurmaq istəyirdik. Qərb derbisi idi, bu oyunlar tarixdə qalır. Futbol baxımından rəqibdən üstün idik. Qol epizodlarını boşa verdik. Bu gün futbolçularım müdafiədə də yaxşı oynadılar. İki ildir burada yaxşı işlər görürük. Daha da yaxşı olması üçün çalışacağıq. Keçən il bəlkə də bu xalla avrokuboklara vəsiqə qazanmaq ehtimalı var idi. Daha çox çıxarmalıyıq. Hər kəsə təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Kəpəz” qələbəsi (1:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Çempionat gedə-gedə beynimizdə fikirlər var idi. Amma yenə də son oyunu gözləyirdik. Rəhbərliklə görüşümüz olacaq. Futbolçu göndərmək asandır, gətirmək isə çətin. Dəyişiklik olacaq.

Bu il də istəyirdik. Gələn il avrokuboklar üçün mübarizə aparacağıq. Amma rəqiblərdən asılıdır. Bu il avrokuboklara gedən komandaların təcrübəsi, oturuşmuş heyəti var. Biz də çalışırıq ki, belə möhkəm komanda yığaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43