Ölkə futbolu

Adil Şükürov: “Çalışdıq ki, gücümüz çatan qədər oynayaq”

 “İlk növbədə Gəncədən bura gələn, ümumiyyətlə bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm. Tovuz fanatlarına da minnətdaram ki, sonda adımı çəkib dəstək verdilər. Çalışdıq ki, gücümüz çatan qədər oynayaq. Böyük itkilərimiz var idi. Heyətimizdən bir çox futbolçular oynamırdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Turan Tovuz” məğlubiyyəti (0:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Bizi sevindirən məqam odur ki, onların yerinə çıxanlar verilən tapşırıqları bacardıqları qədər yerinə yetirməyə çalışdılar. Bu da bizi çox sevindirir. Digər məqam meydana çıxan iki gənc futbolçumuz ilə bağlıdı. Ümid Səmədov və Fərid Kələntərova çox ümidliyəm. Onlar meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Gələcək karyeralarında uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43