Ölkə futbolu

Miodraq Bojoviç: “Yeganə günahkar mən deyiləm”

“Sabah” oyuna daha yaxşı başladı. 30-cu dəqiqəyə qədər topa nəzarət edirdilər. Bizim də qol vurmaq üçün 2 qol epizodumuz oldu. Oyunu bərabərləşdirə bilmişdik. İkinci hissədə həm onlarda, həm də bizdə qol şansları var idi. Təəssüf ki, onlar qol vurmağa nail oldular və qalib gəldilər”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç 36-cı turun “Sabah”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Mövsüm barədə danışırıqsa, deyə bilərik ki, uğursuzuq. “Neftçi” liqanı 5-ci yerdədirsə, demək ki, uğursuzluq var.

Nəticəyə görə məsuliyyət daşıyıram. Çempionatın ikinci hissəsində 29 xal qazanmışdıq. Mövsümün əvvəlində xal qazanmaq, liqanın ikinci yarısında qazanmaqdan daha asandır. Hər bir komandada uğursuzluq olur. Bəli, uğursuz olduq, günahkaram. Amma yeganə günahkar mən deyiləm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43