21 Dekabr 2024
Kateqoriyasız

PFL-dən “İnter Arena”da baş verən qalmaqalla bağlı addım

Bakının “İnter” klubuna növbəti ev oyunlarından etibarən rəsmi şəxslərə buraxılış vəsiqəsi verilməsi təklif olunub.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

O bildirib ki, klub nümayəndələrini oyunlara akkreditə etmək qurumun işi deyil və klublar özləri bununla məşğul olmalıdırlar: “İnter Arena”da belə hallar tez-tez olur. Növbəti turlardan buraxılış vəsiqəsi tətbiq etməyi tapşırmışıq. Əvvəllər mühafizəçiləri də akkreditasiyadan keçirirdik. Amma sonra gördük ki, bu, daha böyük problemlər yaradır. Hər kəsə buraxılış verilirdi, oyundan sonra da dəhlizdə qalmaqal yaranırdı. Təsəvvür edin ki, “İnter Arena”dakı qalmaqalda mühafizəçilər də olsaydı, orada nələr baş verərdi. Hazırda biz məşqçi, futbolçular və komandanın inzibatçılarına lisenziya veririk. Çıxış yolu kimi tribunadan çölə əlavə qapının açılmasını da təklif etmişik. Mətbuat konfransına birbaşa giriş olacaq”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turunda “İnter Arena”da keçirilmiş “İnter” – AZAL oyunundan sonra qonaq komandanın rəsmiləri ilə polis əməkdaşları arasında anlaşmazlıq yaşanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43