29 Dekabr 2024
Ölkə futbolu

PFL fərq qoydu: “Rəvan” istədi, digər klubun haqqı tapdalandı – ÖZƏL

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Rəvan” və “Qaradağ Lökbatan” klubları üz üzə gələcək.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, oyunöncəsi hər iki klub arasında anlaşılmazlıq yaranıb. Belə ki, “Rəvan” tərəfi Lökbatan stadionunun bərbad gündə olduğuna görə “Qaradağ”a matçın “Bayıl Arena”da keçirilməsi üçün müraciət edib. Lakin lökbatanlılar bu təklifi qəbul etməyib.

Oyunun Lökbatanda keçirilməsinə kəskin etiraz edən “Rəvan” tərəfi Peşəkar Futbol Liqasına bununla bağlı müraciət edib. Qrum isə “Rəvan”ın xahişini yerə salmayıb və oyunun “Bayıl Arena”da keçirilməsinə qərar verib. “Qaradağ Lökbatan” tərəfi isə buna kəskin etiraz edir.

Qeyd edək ki, çütün taleyinə bir oyunla aydınlıq gələcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43