Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, Azərbaycan Premyer Liqasının IV turunda “İnter”ə qarşı keçirəcəyi oyunun vaxtının dəyişdirilməsini istəyib.
İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, sentyabrın 12-də keçirilməsinə qərar verib.
Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.