”Milan” ötən həftəsonu evdə “Napoli”ni minimal hesabla məğlub etdi.
İdmanxeber.az-ın məlumatına görə, bu oyun Stefano Piolinin “rossoneri”nin sükanı arxasında 220-ci oyunu olub. O, əfsanəvi Arriqo Sakkiyə çatıb.
Pioli “Milan” tarixində ən çox oyuna çıxan 5-ci məşqçi olub. Birinci yerdə isə 420 oyunla Karlo Ançelottidir.