23 İyul 2026
Dünya futbolu

“Mançester Siti”nin xorvatiyalı oyunçusu zədələnib

“Mançester Siti”nin futbolçusu Yosko Qvardiol zədələnib.

İdmanxeber.az məlumat verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola danışıb.

O, 21 yaşlı müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib:

“Yosko Qvardiol topuq bağından zədə alıb. O, bu səbəbdən 2-3 həftə oynaya bilməyəcək”.

Qvardiol bu mövsüm 29 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43