AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Azərbaycan, 13-də isə Malta ilə üz-üzə gələcək İtaliya millisinin heyətində dəyişiklik edilib.
İdmanxeber.com-un məlumatına görə, Cakomo Bonaventura sıradan çıxıb. Onun yerinə isə “Yuventus”un 35 yaşlı ulduz futbolçusu Andrea Pirlonu yığmaya dəvət olunub.