Premyer Liqa klublarının bir neçəsi yaranmış fasilədən maksimum yararlanmaq üçün Antalyaya üz tutdu.
İdmanxeber.az-ın məlumatına görə, bunlar “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” və “Sumqayıt” oldu. Sözügedən komandalarımızdan “Qarabağ” xaric digər 4 klublardan hər biri bu toplanış çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınadı. Yanız Ağdam təmsilçisi digər klublarımızdan fərqli 4 sınaq matçı keçirdi.
Yoxlama matçları olsa belə, komandalarımızın Antalya toplanışında qələbə daha az qeydə alındı. Təmsilçilərimiz daha çox heç-heçə etməklə diqqət mərkəzinə düşdü. “Qarabağ”, “Zirə” və “Sumqayıt” Antalyanı qələbəsiz tərk edən klublar oldu. “Qəbələ” və “Neftçi” isə hərəyə bir qələbəyə sevindi.
PL klublarından Antalyanı iki komanda – “Sabah” və “Neftçi” məğlubiyyətsiz tərk edib. “Sabah” keçirdiyi hər 3 görüşün hamısında sülhə imza atdı. “Neftçi”nin payına isə 2 qələbə və 1 heç-heçə düşdü.
Bu toplanışda hücum xətti məhsuldarlığı ilə seçilən komanda “Zirə” oldu. “Qartallar” keçirdiyi 3 matçda 6 qola imza atdı ki, bu da ortalama hər oyuna 2 qol deməkdi. Rəşad Sadıqovun komandası müdafiədə istəniləni vermədi desək, yanılmarıq. Hər halda keçirilən oyunlarda qapısında 8 qol görən “Zirə”nin müdafiə xəttinin inamlı olmadığını görmüş olduq.
“Qəbələ” – “Bohemians” (İrandiya) 1-3
“Qəbələ” – “Boreç” (Şimali Makedoniya) – 1-0
“Qəbələ” – “Zaqlembe” (Polşa) – 1-2
“Sabah” – “Zarya” (Ukrayna) 1-1
“Sabah” – “Paks” (Macarıstan) – 1-1
“Sabah” – “Mladost” (Serbiya) – 1:1
“Neftçi” – “Qurnik Lençna” (Polşa) 1:0
“Neftçi” – “Visla Plosk” (Polşa) 1:1
“Neftçi” – “Kişvarda” (Macarıstan) 2:2
“Zirə” – “Breqalniça” (Şimali Makedoniya) – 1:1
“Zirə” – “Qurnik” (Polşa) – 2:2
“Zirə” – “Peç” (Macarıstan) – 3:5
“Sumqayıt” – “Yagelloniya” (Polşa) 0-0
“Sumqayıt” – “Berliner” (Almaniya) 2-5
“Sumqayıt” – “Şkupi” (Şimali Makedoniya) 1-2
“Qarabağ” – “Şlyonsk” (Polşa) – 2:3
“Qarabağ” – “Baçka Topola” (Serbiya) – 0:1
“Qarabağ” – “Qaz Metan” (Rumıniya) – 0:0
“Qarabağ” – “Visla” (Polşa) – 0:0