Misli Premyer Liqasının XII turunun ən çox azarkeş qeydə alınan matçı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, Tovuzda baş tutan “Turan Tovuz” – “Qarabağ” oyunudu. Qarşılaşmanı tribunalardan 6000 tamaşaçı izləyib.
Turun ən az azarkeşi isə “Kəpəz” – Sabail” görüşündə qeydə alınıb. Tovuzda keçirilən matçı stadiondan 400 azarkeş izləyib.
Digər oyunlardakı tamaşaçı sayını diqqətinizə çatdırırıq:
“Neftçi” – “Araz Naxçıvan” – 1324 (0:1)
“Şamaxı” – “Zirə” – 1000 (0:2)
“Kəpəz” – “Səbail” -400 (1:0)
“Sumqayıt” – “Sabah” – 1100 (1:0)