28 Fevral 2025
Ölkə futbolu Premyer Liqa

Premyer Liqa klubunda qarışıqlıq – Martın 10-na kimi vaxt istədi

Misli Premyer Liqasında 2025-ci ilin ilk baş məşqçi istefası gerçəkləşə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu, “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov ola bilər.

Gənc mütəxəssis “Sabah”a kubok matçında məğlub olduqdan (0:4) sonra klub rəhbərliyinə hesabat verməli olub. Məsələ burasındadı ki, komanda nəinki son 10 oyunda qələbə qazana bilməyib, hətta bir qol vurmaq belə problemə çevrilib.

Premyer Liqanın qarşıdakı iki turunda müvafiq olaraq “Qarabağ” və “Kəpəz”lə qarşılaşacaq komanda bu matçların hər hansı birində qələbə qazanmasa, Cavadov istefaya göndəriləcək. 

Əgər “şəhərlilər” “Kəpəz”ə yenilərsə, bu, Vaqif Cavadovun “Sumqayıt”da son oyunu olacaq.

Beləliklə, Cavadov üçün martın ilk “onluğu” “Sumqayıt”ın sükanı arxasında işini davam etdirib-etirməyəcəyinə aydınlıq gətirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43