Dünya futbolu

Premyer Liqa klubunun futbolçusu “Bavariya”ya keçir

“Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Olise “Bavariya”ya keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, londonlular 22 yaşlı fransalıya görə 53 milyon avro təzminat alacaq. Olise 2021-ci ilin iyulundan “Kristal Pelas”da çıxış edir.

2023/24 mövsümündə o, komandanın heyətində 19 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43