Premyer Liqanın ilk yarısını 9-cu tamamlayan “Kəpəz” klubu transfer çalışmalarını davam etdirir. Gəncə klubu heyətə legioner cəlb etmək fikrindədi. Artıq rəhbərlik bir neçə mövqe üçün oyunçu axtarışlarına başlayıb.
Heyətə cəb ediləcək əcnəbi futbolçuların təmsil etdikləri ölkənin millisinin üzvləri olması “Kəpəz” üçün ən vacib məsələdi. Çünki sponsorsuz və məhdud büdcə ilə mübarizə aparan Gəncə klubu bunun üçün əlavə rüsum ödəmək istəmir.
Belə ki, Azərbaycan çempionatında əsasnamayə görə, klublar transfer etdikləri legionerlər yığmalarının heyətində yoxlama matçı daxil olmaqla son 12 oyunda meydana çıxmalıdır. Əks təqdirdə heyətə cəlb ediləcək əcnəbi futbolçu üçün rüsum ödəməlidir.
Bu səbəbdən də rəhbərlik bu məsələyə xüsusi diqqət göstərir. Hazırkı vəziyyətdə futbolçu transferi üçün rüsum ödəmək “Kəpəz” üçün əlavə maliyyə itkisidir.
İdmanxeber.az