03 Dekabr 2024
Ölkə futbolu

Premyer Liqa: Tovuz birinci oldu

Milsi Premyer Liqasının 29-cu turunda ən çox azarkeş Tovuzda qeydə alınıb.

İdmanxeber.az-ın məlumatına görə, yerli komandanın “Şamaxı”ya qarşı oyununa tərəfdarlar böyük maraq göstərib. Sözügedən matçı tribunalarda 3500 tərəfdar izləyib.

“Sumqayıt” – “Nefçti” matçında isə stadionda 1300 tamaşaçı qeydə alınıb. Daha bir bölgə klubu “Qəbələ”nin də oyununa maraq digər turlardan daha çox olub.

Avrokuboklara vəsiqə qazanmaq baxımından “Zirə”yə qarşı vacib görüşdə tribunadan 700 azarkeş komandasını qələbəyə səsləyib.  Premyer Liqanın lideri “Qarabağ”ın “Kəpəz”lə oyununu Suraxanıda 1000 nəfər izləyib.

Turun ən az azarkeş qeydə alındığı matçı isə Bayılda keçirilib. “Səbail”in “Sabah”ı məğlub etdiyi görüşdə stadionda cəmi 500 tərfdar qeydə alınıb.

İdmanxeber.az

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43