Dünya futbolu

“Real” Benzema ilə bağlı qərarını verdi

“Real” Kərim Benzemanı buraxmaq niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvardın müqaviləsi 2024-cü ildə başa çatır. Rəhbərlik onun komandada qalmasından yanadır.

Benzemanın da daha bir il Madrid klubunda oynamaq istədiyi bildirilir. Hazırda tərəflər yeni sözləşmə barədə danışıqları davam etdirir.

35 yaşlı hücumçuya başqa klublardan da təkliflər olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43