18 Sentyabr 2024
Dünya futbolu

Premyer Liqada ayın ən yaxşı hücumçusu açıqlandı

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”nin hücumçusu Erlinq Haland bu ada layiq görülüb. O, hər kəsi qabaqlayaraq avqust ayının ən yaxşısı olub.

24 yaşlı norveçli forvard İngiltərə çempionatında avqust ayında keçirdiyi 3 oyunda 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43