Premyer Liqada yanvar ayının ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, ötən ayın ən yaxşısı “Liverpul”un portuqaliyası Dioqo Jota olub.
Jota yanvarda 2 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. O, ümumilikdə bu mövsüm 27 oyunda 14 dəfə fərqlənib və 3 assist edib.