“Lester”in futbolçusu Ceyms Vardi AÇ-2016 görə toyunun vaxtını dəyişib.
İdmanxeber.com-un məlumatına görə “Daily Mail”ə danışan ingilis futbolçu bunu Avropa Çempionatı final mərhələsinə getmək ümidilə etdiyini deyib:
“Əslində planlaşdırmışdım ki, AÇ-2016-nın başlanğıcında evlənim. Lakin gələcək həyat yoldaşım mənə dərhal vaxtı dəyişməyi tövsiyə etdi. Çünki milliyə çağrılsam həmin gün toy baş tutmaya bilərdi. Yeni tarix isə 25 maydı. Mövsüm bitimini gözləməli olacağıq”