21 Noyabr 2024
Ölkə futbolu

“Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”

“FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühitin və iqlimin qorunmasına ciddi yanaşır. Biz yüksək keyfiyyətli müxtəlif beynəlxalq sertifikatlaşdırılmış layihələrə investisiyalar etməklə iqlimlə bağlı fəaliyyətə dəstək olmaq, eləcə də bu mübarizəyə töhfə vermək məqsədilə proqramlar həyata keçirmişik”.

İdmanxeber.az-ın məlumatına görə, COP29-da iştirak etmək üçün Bakıya gələn FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. Qurum rəhbəri Prezident İlham Əliyev və digər dövlət başçıları, hökumət nümayəndələri ilə planetin, eləcə də futbolun gələcəyi barədə müzakirələr apardığını vurğulayıb:

“Bu tədbirdə iştirak edən hər kəsin ortaq məqsədi var: uşaqlarımız və onların birgə gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43