22 Dekabr 2024
Kateqoriyasız

Prezidenti “Lans”a olan 4 milyon avro borcun klubun hesabına köçürülməsi üçün Bakıya gəldi

Hafiz Məmmədovun sahibi olduğu Fransanın “Lans” klubunun prezidenti Jerve Martel Azərbaycanda səfərdədir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Martel “Lans”a olan 4 milyon avro borcun klubun hesabına köçürülməsi ilə əlaqədar ölkəmizə gəlib.

Bununla bağlı J.Martelin klubun rəsmi saytında yaydığı açıqlama deyilir: “Biz “Bank of Azerbaijan”dan lazımi təminat sənədlərini almışıq. Onlar tərəfdən yaxın 15 gün ərzində ödəniş həyata keçiriləcək. Üstəlik gələn ilin yanvar ayına qədər daha 14 milyon “Lans”ın hesabına keçiriləcək. Azərbaycan tərəfinə maliyyə məsələlərinə diqqətlə yanaşdığı üçün təşəkkür edirəm”.

“Lans”ın prezidenti həmçinin noyabrın 8-də Fransa Liqasının 13-cü turunda “Bordo” ilə keçiriləcək oyundan sonra 3 futbolçunun transferinin rəsmiləşəcəyini bildirib. Həmin futbolçular Samuel Atru, Benjamin Bulenj və Landri N Quemodur.

Xatırladaq ki, yüksək liqada iştirak üçün üzvlük haqqını tam ödəmədiyinə görə “Lans”ın transfer etməsinə qadağa qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43