21 Dekabr 2024
Milli komanda

Prosineçki: “Cavid və Maksim üçün darıxmışam”

“Nə olursa-olsun, Xorvatiya millisi böyük, eyni zamanda mənim sevimli komandamdır. Ümid edirəm ki, Azərbaycan yığması da onlara qarşı yaxşı oyun sərgiləyəcək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki deyib.

Təcrübəli mütəxəssis komandasının iki futbolçusu üçün darıxdığını bildirib: “Bu günə qədər sabit oyunu ilə seçilən iki futbolçu üçün darıxmışam. Bunlardan biri hazırda həbsdə olan Cavid Hüseynov, digəri isə Maksim Medvedevdir. Hər iki futbolçu bizim üçün önəmlidir. Onları əvəzləyəcək futbolçularımız var. Oyuna gəlincə matç 15 min tamaşaçı tutumuna malik “Bakcell Arena”da keçiriləcək. Bu, əsl futbol arenasıdır. Beynəlxalq oyunlar zamanı orada əla atmosfer olur”.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43