05 Avqust 2021
Milli komanda

Prosineçki: “O oyun sıfırdan başlanacaq”

“İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik”.

İdmanxeber.com-un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra keçirilən mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb…

– Emin Mahmudovun əsas silahınız olacağını demişdiniz. Öz seçiminizdə yanılmadınız?

– Çexiya ilə müqayisədə 2 dəyişiklik etdim. Deməzdim ki, bugünkü oyunun problemi oyunla bağlı idi. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun.

– Bizim qrupda Şimali İrlandiya və Almaniyanın 2 güclü komanda olduğu fikri ilə razısınız?

– Şimali İrlandiya gələn il Bakıya gələcək. Bu rəqib üstün cəhətlərindən istifadə edərək, qollarını vurdu.

– Əfran İsmayılovun sonadək meydanda qalması və Ağabala Ramazanovun sonluqda meydana buraxılması nə ilə bağlı idi?

– Mən gələnədək Ağabala millidə elə də çox oynamırdı. Əfran isə elə futbolçudur ki, ondan qeyri-adi oyun gözləmək olar. İkinci hissədə Dəniz Yılmaza ötürməsini hamınız gördünüz. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Əfranın o ötürməsi nəticə versəydi, hesab 1:2 olacaqdı. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyüm işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik. Əfranı ona görə saxladım ki, sonadək nə isə edəcəyinə ümidli idim. Amma 0:4 hesabı ilə uduzduqdan sonra belə sualları normal qəbul edirəm.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ”, “Neftçi” və “Xəzər Lənkəran”ın futbolçuları millinin toplanışına gec qoşulacaq

admin

Rəşad Sadıqov millinin heyətini açıqladı

admin

Qurban Qurbanovla Yurçeviç görüşdü – FOTO

admin