Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Araz Abdullayevin zədəsi ciddidi.
İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın VI turu çərçivəsində “Qarabağ”la səfər matçında ilk hissədə zədələnərək meydanı tərk edən Abdullayev ötən gün tibbi müayinədən keçib.Müayinənin nətiəsinə görə, futbolçu ən azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bununlada A.Abdullayev millimizin “Avro-2016″nın seçmə mərhələsində İtaliya ilə oktyabrın 10-da, Bolqarıstanla 14-ə keçirəcəyi oyunları buraxmaq məcburiyyətində qalacaq.